Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 13:28
Bakı. Trend:
Qırğızıstanın paytaxtı Bişkekdə komendant saatı elan olunacaq.
Trend-in məlumatına görə, bunu Daxili işlər nazirinin müavini Almazbek Orozaliyev deyib.
O bildirib ki, komendant saatı martın 25-dən qüvvəyə minəcək.
Qeyd olunur ki, yerli vaxtla saat 20:00-dan saat 07:00-dək paytaxt ərazisində xüsusi icazə olmadan insanların və nəqliyyatın hərəkəti qadağan ediləcək.
Bundan başqa, Qırğızıstanın Oş və Cəlal-Abad vilayətlərinin bir sıra rayonlarında fövqəladə vəziyyət elan olunacaq.
Bu günədək Qırğızıstanda 42 nəfər koronavirusa yoluxub.