Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnter''in müdafiəçisi Slovakiyada ilin ən yaxşı futbolçusu seçilib

''İnter''in müdafiəçisi Slovakiyada ilin ən yaxşı futbolçusu seçilib

Tarix: 24 Mart 2020 15:14

İtaliyanın "İnter" futbol klubunun müdafiəçisi Milan Şkrinyar Slovakiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Jurnalistlər və məşqçilər arasında keçirilmiş sorğuda ikinci yeri "Nyukasl"ın qapıçısı Martin Dubrovka tutub. "Dalyan İfan"ın yarımmüdafiəçisi Marek Hamşik isə üçüncü olub.

Bratislavanın "Slovan" klubunu çalışdıran Yan Kozak isə Slovakiyada ilin ən yaxşı məşqçisi elan olunub.


Etiketlər:  İnterin müdafiəçisi Slovakiyada ilin yaxşı futbolçusu seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ