Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 16:44
Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın "Amazon.com Inc." kompaniyası koronavirus səbəbindən sifarişlərin artması ilə əlaqədar 100 min yeni vakansiya açıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin internet bloqunda məlumat verilib. Vakansiyalara müraciət üçün təcrübə tələb olunmayacağı qeyd olunub. Bundan əlavə, aprel ayının sonuna qədər "Amazon" şirkəti anbarlarda, nəqliyyatda və sifarişlərin çatdırılmasında çalışan işçilərin saatlıq məvaciblərini artıracağını bildirib.
Xatırladaq ki, bundan əvvəl "Amazon" şirkəti koronavirusun yayılması səbəbindən onlayn sifarişlərin artdığını bildirmiş və alıcılara çatdırılmada gecikmələrin olacağı və bəzi malların olmaması barədə xəbərdarlıq etmişdi.