Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 17:52
Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Qol.az xəbər verir ki, bu, “Soçi”nin hücumçusu Aleksandr Kokorindir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Kokorin mart ayında “Soçi”nin heyətində 4 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında həbs olunan Kokorin, 2019-cu ilin sentyabrında azadlığa buraxılıb. O, yanvarda icarə əsasında “Zenit”dən “Soçi”yə keçib.