Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oqtay Şirəliyev: Lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək

Oqtay Şirəliyev: Lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək

Tarix: 24 Mart 2020 21:51

Bakı. Samir Əli - Trend:

Əgər lazım olsa, xəstəxanalar əlavə çarpayı və tibbi avadanlıqlarla təchiz ediləcək. Hələ ki Azərbaycanda vəziyyət digər ölkələrdəki həddə deyil. Biz çalışacağıq ki, Azərbaycanda bu cür vəziyyət yaranmasın. Amma lazım olsa biz xəstəxanalarda gücləndirilmiş rejimə də keçə bilərik.

Trend-in məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazirin sözlərinə görə, bütün dövlət qurumlarının rəhbərləri, nazirliklər bu tədbirlərə cəlb olunub:

"Hazırda lazımi qədər briqadalar yaradılıb. Hər sahədə ehtiyat tədbirləri nəzərdə tutulub. A və B planları hazırlanıb. Hətta ehtiyat xəstəxanalar da var. Bir sözlə,hər şeyə hazırıq. Amma çalışırıq ki, bizdə vəziyyət digər ölkələrdəki səviyyəyə çatmasın".

Səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrinin Azərbaycana səfərindən də danışıb: "Onlar gəlib gördülər ki, bizdə artıq qabaqlayıcı tədbirlər yüksək səviyyədə təşkil olunub və vəziyyət pis deyil".


Etiketlər:  Oqtay Şirəliyev Lazım olsa xəstəxanalar əlavə çarpayı tibbi avadanlıqlarla təchiz ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ