Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google şirkəti Android 11-in təqdimatını tamamilə ləğv etdi

Google şirkəti Android 11-in təqdimatını tamamilə ləğv etdi

Tarix: 24 Mart 2020 21:56

Bu ilin yanvar ayında Google şirkəti Google I/O 2020 tədbirinin keçirilmə tarixini elan etmişdi. Tədbir 12-14 may tarixlərində Kaliforniyada keçirilməli və həmin tədbir çərçivəsində Android 11 əməliyyat sistemi, Pixel 4a smartfon seriyası və digər servislər təqdim olunmalı idi. Lakin koronavirus səbəbilə şirkət tədbiri online yayım formatına keçirtdi. İndi isə şirkət tədbir ilə bağlı heç gözlənilməz xəbər verib. Belə ki, Google şirkəti Google I/O 2020 tədbirinin tamamilə ləğv olunduğunu elan edib.

Yəni şirkət tədbiri heç online yayım formatında da keçirtməyəcək. Bu barədə Androidpolice saytı xəbər verib. Şirkət qeyd edib ki, o öz əməkdaşlarının səhhətlərinin qeydinə qalır və yerli orqanlar ilə dövlətin uzaqdan çalışmaq qərarlarına riayət edir. Bütün bunları nəzərə alaraq şirkət tədbirin online formatda keçirilməsini də ləğv edib.

Buna baxmayaraq Google qeyd edib ki, tərtibatçılar Android yenilənmələri ilə bağlı bütün məlumatları şirkətin rəsmi forum və bloqlarından əldə edə biləcəklər. Şirkətin Gogle Pixel 4a smartfon seriyasını necə təqdim edəcəyi bilinmir. Qeyd etmək lazımdır ki, onun reklam kampaniyasına artıq start verilib. Ola bilər ki, şirkət seriyaya daxil olacaq smartfonlar barəsində məlumatları öz saytında yerləşdirsin. Bu cür formatda Apple şirkəti öz bəzi məhsullarını ictimaiyyətə təqdim edir.


Etiketlər:  Google şirkəti Android təqdimatını tamamilə ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ