Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Borussiya"dan "Barselona"ya rədd cavabı

Tarix: 26 Mart 2020 00:00

"Borussiya" (Mönhengladbah) Alessan Pleanın "Barselona"ya getməsinə icazə verməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu qışda futbolçunu heyətinə qatmağa cəhd edib.

İspaniya mətbuatı "Barselona"nın Luis Suarezin zədəsinin ardından əsl hədəfi Pleanı transfer etmək olduğunu yazıb. Klub oyunçu üçün qarşı tərəfə 50 milyon avro təklif etsə də, "Borussiya" forvardı satmayıb. Nəticədə komanda Martin Braytvaytı heyətinə qatıb.

Qeyd edək ki, Plea bu mövsüm Bundesliqada 22 oyun keçirib və 8 qol vurub. O, komandasının ən çox qol vuran oyunçusudur.

Milli.Az


Etiketlər:  Borussiyadan Barselonaya rədd cavabı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ