Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 09:44
Bakı. Trend:
Vyetnamın paytaxtı Hanoyda koronaburgerlər satışa çıxarılıb.
Trend-in məlumatına görə, Hoanq Tunq adlı aşpaz müştərilərin diqqətini cəlb etmək üçün üzərində koronavirusa bənzər çıxıntıları olan burgerlər hazırlayıb.
Satışın ilk günündə 50-yə yaxın koronaburger satılıb.
Qeyd edək ki, bu günədək Vyetnamda 148 nəfər koronavirusa yoluxub.