Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 12:52
Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə ölkəmizdə də müxtəlif qurumlar tərəfindən davam etdirilir.
Sonxeber.net xəbər verir ki, Çevik Polis Alayı əməkdaşları müxtəlif ərazilərdə səsgücləndirici ilə insanları maarifləndirir, çölə çıxmamağa çağırır.
DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.
Bakıdakı belə müraciətlərdən birini təqdim edirik:
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
Məhəmməd Vaqif