Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir

Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir

Tarix: 26 Mart 2020 13:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Biz təəssüf edirik ki, bəzi valideynlər məktəblərin bağlanmasını bayram kimi qəbul edərək uşaqları ilə gəzməyə gedirlər, bununla da həm özlərinin, həm də övladlarının həyatlarını təhlükəyə atırlar.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Valideynlərə həm özlərinin, həm də uşaqlarının sağlamlığının təhlükəsizliyi üçün “Evdə qalın” çağırışı ilə müraciət edən nazirlik rəsmisi əlavə edib ki, insanlar real təhlükənin mövcud olduğunu başa düşməlidirlər:

“İnsanlar koronavirusla bağlı çağırışlara əhəmiyyət verməlidirlər. Hər bir kəs dərk etməlidir ki, hazırkı şəraitdə evdə qalmaq bizim, eləcə də uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir. Buna görə də hər kəsə müraciət edərək deyirəm ki, evdə qalın”.

O qeyd edib ki, məktəblərdə tədrisin dayandırılmasına baxmayaraq, uşaqlar evdə dərslərini oxuya, öz bilik və bacarıqlarını təkmilləşdirə bilərlər.

Nazirlik rəsmisi əlavə edib ki, “Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Bu dərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.


Etiketlər:  Cəsarət Valehov Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir


RƏYLƏR