Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə doktorantura təhsili üçün İXTİSASLAR müəyyən edilib

Xaricdə doktorantura təhsili üçün İXTİSASLAR müəyyən edilib

Tarix: 29 May 2019 08:44

Bakı. İlhamə İsabalayeva - Trend:

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib:

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki və texnoloji ixtisaslar istiqaməti: 4.1. texnika elmləri.

5. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xaricdə doktorantura təhsili üçün İXTİSASLAR müəyyən edilib


RƏYLƏR