Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' ''Napoli''nin müdafiəçisini alır

''Çelsi'' ''Napoli''nin müdafiəçisini alır

Tarix: 26 Mart 2020 18:54

"Napoli"nin müdafiəçisi Elseid Xusay karyerasını İngiltərədə davam etdirə bilər.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Çelsi"nin hədəfindədir.

Məlumata görə, oyunçunun mövsüm sonu komandası ilə müqaviləsi başa çatır. London təmsilçisi azad agent olacaq futbolçunu heç bir ödəniş etmədən heyətinə qatmağı düşünür.

Ötən mövsüm "Çelsi" Xusay üçün "Napoli"yə 43 milyon funt sterlinq təklif etmişdi. Ancaq İtaliya təmsilçisi bu təkliflə razılaşmadı. Yayda isə "zadəganlar" albaniyalını havayı ala bilər.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında 13 oyun keçirib.  


Etiketlər:  Çelsi Napolinin müdafiəçisini alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ