Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təmizləyici vasitələri necə seçməli

Təmizləyici vasitələri necə seçməli

Tarix: 26 Mart 2020 23:04

Əl gigiyenası məsələsi indi həmişəkindən daha aktualdır.

Yeni koronavirus bütün dünya xəbərlərinin əsas mövzusuna çevrildi, milyonlarla insan arasında panika yayılmasına səbəb oldu. Özünüzü və sağlamlığınızı qorumağa kömək edən bir neçə qayda var. Hər zaman da vurğulandığı kimi əsas şeylərdən biri əl gigiyenasına nəzarət etməkdir.

Gündəlik əlimizdə nə qədər mikrob olduğunu təsəvvür edə bilmirik. İctimai nəqliyyatda tutacaqlara toxunmasanız və ya daima əlcək geyinsəniz də, onların sayı azalmır. Mütəxəssislər, əllərinizi təmizləməyin ən təsirli yolunun sabun və su ilə təmizlənməsini vurğulayırlar. Bununla birlikdə əl yumaq həmişə mümkün deyil, bu vəziyyətdə vasitələr bizə kömək edəcək: onlar da antiseptiklər və ya ntibakterial maddələrdir.

Tibbi olmayan spirtlər ənənəvi əl yumaqdan daha az effektivdir (90% -ə qarşı 60%), lakin yenə də heç bir şeydən daha yaxşıdır. Bu məhsullar kəskin xoşagəlməz qoxuya malikdir və dərini çox quruda bilər. Lakin, təhlükəsizlik məsələsinə gəldikdə, bu nüanslar arxa plana keçir.

Antiseptikləri necə seçək?
Alkoqol tərkibi 60% -dən az olmamalıdır (üzvi turşulara əsaslanan məhsullar var, lakin onlar daha az təsirli olur və bakteriyaları öldürmür).
Əlavə qulluq komponentləri aloe vera ekstraktı, kosmetik yağlar, E vitamini tərkibli olmalıdır (spirt dərini güclü şəkildə qurudur və bu komponentlər onun mənfi təsirini minimuma endirir).

Ətirləndiricilərdən qaçın (bəli, hər kəs alkoqol qoxusunu sevmir, amma ətirləndirici komponentlər ümumiyyətlə qeyri-təbii olur və allergik reaksiya verə bilər).

İndi virus infeksiyaları riskinin artması şəraitində mütəxəssislər yeməkdən əvvəl və sonra hər 2-3 saatda əllərinizi yumağı və ya antibakterial maddələrdən istifadəni məsləhət görürlər. Əlləri təmizləmək üçün ənənəvi üsula müraciət etmək mümkün olmadıqda, antibakterial maddələrdən istifadə edin.


Etiketlər:  Təmizləyici vasitələri necə seçməli


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ