Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tofiq Yaqublunun həbsində hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz''

''Tofiq Yaqublunun həbsində hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz''

Tarix: 27 Mart 2020 17:42

Bütün dünyanı koronavirus epidemiyası bürüdüyü bir vaxtda hansısa müxalifət nümayəndəsinin kiçik bir hadisəni şişirtməsi heç bir həqiqətə sığmır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədri bildirib ki, bütün dünya kimi Azərbaycan da koronavirusun yayılmasına qarşı mübarizə aparır:

"Belə bir vaxtda bu cür hüquqi məsələni siyasiləşdirmək, kiçik məsələni böyük siyasi problemə çevirmək nəinki insanlıq, eləcə də azərbaycançılıq ruhuna sığmır. Koronavirus infeksiyası bütün bəşəriyyəti caynağına alıb. Ölkədə bununla bağlı çox ciddi tədbirlər həyata keçirilir, dövlət başçısı bu infeksiyanın Azərbaycanda yayılmasının qarşısını almaq, insanların sağlamlığını təmin etmək üçün əlindən gələni edir, bütün lazımi avadanlıqlar Azərbaycana alınıb gətirilir. Belə bir zamanda kiçik bir hüquq pozuntusunu hansısa bir müxalifətçinin şişirtməsi heç bir çərçivəyə sığmır. Bunun üçün hüquq-mühafizə orqanları var. Azərbaycan demokratik və hüquqi dövlətdir. Elə hesab edirəm ki, bu məsələdə də hüququn aliliyi təmin olunacaq. Hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz. İstintaq məsələni araşdıracaq, əgər kiminsə günahı olacaqsa bunu sübuta yetirəcək və məhkəmə məsələyə hüquqi qiymət verəcək".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Tofiq Yaqublunun həbsində küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ