Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 20:46
Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.
Sonxeber.net xəbər verir ki, bunu Sonxeber.net-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".