Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 20:45
Bakı. Trend:
Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".
Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.