Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 21:04
Madrid "Atletiko"nun idman direktoru Andrea Berta koronavirus pandemiyası səbəbindən yay transfer pəncərəsinin ləğv olunmasını təklif edib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Mənə elə gəlir ki, yay transfer pəncərəsi ləğv oluna bilər. Çünki çempionatların bitməsi ilə eyni anda reallaşa bilər. Təklif edirəm ki, bütün klublar yanvar ayına kimi eyni heyətdə qalsınlar. Bunun sayəsində klublar maliyyə problemlərini həll etməyə və digər sərmayələr ayırmağa vaxt tapa bilər. Ancaq əvvəlcə mövsümün nə zaman bərpa olunacağını bilmək lazımdır".