Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Volkswagen loqosunu dəyişərək insanları sosial məsafəyə səslədi

Volkswagen loqosunu dəyişərək insanları sosial məsafəyə səslədi

Tarix: 28 Mart 2020 07:04

Bir sıra avtomobil şirkətləri koronavirusla əlaqədar istehsalı dayandırmaq məcburiyyətində qalıblar. Bir qismi isə loqosuna kiçik dəyişiklik edərək insanları məsafə saxlamağa səsləyib. Onlardan biri də Volkswagen olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət loqosuna bir qədər məsafə əlavə edib. O, sosial məsafə loqosunu öz vebsaytında yayımlayıb. Keçmiş loqodakı "V" və "W" hərfləri arasında boşluq yerləşdirilib. Loqonun yeni istehsal edilən avtomobillərdə də olub - olmayacağına gəlincə isə şirkət rəsmiləri bildiriblər ki, yenilik koronavirusa görə müvəqqəti xarakter daşıyır. Buna görə də yeni istehsal olunan avtomobillərdə bu loqodan istifadə edilməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Audi də loqosuna dəyişiklik edərək insanları məsafə saxlamağa çağırıb. O, loqosundakı birləşmiş halqaları bir-birindən ayıraraq təqdim edib.


Etiketlər:  Volkswagen loqosunu dəyişərək insanları sosial məsafəyə səslədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ