Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 12:48
Avropa Liqasının rəsmi sponsoru – “KİA Motors”un dəstəyi ilə yarışın bugünkü final matçının topunu komandaların müşayiəti ilə meydana 8 yaşlı azərbaycanlı Əli Tağıyev çıxaracaq.
Qol.az-ın xəbərinə görə, bu haqda “KİA Motors”un İnstagramdakı səhifəsi məlumat yayıb.
“Salam. Mənim adım Əli Tağıyevdir. 8 yaşım var. Mən çox sevinəcəm, utanmayacam da. Həyəcanlı olacam” - deyə Əli bildirib.
Xatırladaq ki, “Çelsi” – “Arsenal” Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.