Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər - FOTO

Tarix: 28 Mart 2020 19:14

Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir neçə gündür davam edən aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri alırlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

Milli.Az


Etiketlər:  YAP ın könüllüləri ƏƏSMN nin sosial işçiləri birgə ahıllara tənhalara yardım paylayır sosial xidmət göstərirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ