Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milan"dan imtina etdi

Tarix: 29 Mart 2020 08:06

Almaniyalı baş məşqçi Ralf Ranqnik "Milan"ı çalışdırmaqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Milan klubu 61 yaşlı mütəxəssislə danışıqlar aparsa da, nəticələr müsbət olmayıb. Ranqnik İtaliyada baş verən koronavirus epidemiyası ilə əlaqədər orada çalışmaq istəmədiyini bildirib.

Klub nümayəndələri ona gələn mövsüm üçün təklif versələr də, baş məşqçi ümumiyyətlə İtaliyaya gəlməyi rədd edib. Ralf Ranqnikin son iş yeri "Leypzig" olub. O, daha öncə "Şalke", "Hannover" və "Stutgart" kimi klublarda baş məşqçilik edib.

Milli.Az


Etiketlər:  Milandan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ