Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 14:08
"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir.
Qurumun mətbuat xidmətindən Mili.Az-a verilən məlumata görə, martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə "Azəriqaz" İstehsalat Birliyi də yardımçı olacaq.
Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə mesaj da göndərə bilərlər.
Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək".
Məlumatda bildirilir ki, Birlik eyni zamanda bu xidmətlərlə yanaşı göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır.