Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı alimlər: Koronavirus çox ləng mutasiyaya uğrayır

Amerikalı alimlər: Koronavirus çox ləng mutasiyaya uğrayır

Tarix: 29 Mart 2020 16:00

Bakı. Trend:

Bir qrup amerikalı alim tərəfindən yeni növ SARS-CoV-2 koronavirusunun 8 fərqli ştammı təhlil edilib.

Trend-in məlumatına görə, koronavirusun çox kiçik sürətlə mutasiya etdiyi aydınlaşıb.

Qeyd olunur ki, SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə 10 dəfə daha ləng mutasiyaya uğrayır.

Alimlərin sözlərinə görə, bu fakt “Covid-19” infeksiyasına qarşı hazırlanan vaksinin onilliklər boyunca koronavirusdan qoruyacağına ümid yaradır.

Qeyd edək ki, bu günədək dünyada 680 minə yaxın şəxs koronavirusa yoluxub, 31 mindən çox şəxs virusun qurbanı olub.


Etiketlər:  Amerikalı alimlər Koronavirus çox ləng mutasiyaya uğrayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ