Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 11:42
Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı "Tibbi sığorta" haqqında qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.