Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 20:09
Bakı. Trend:
BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırıb.
Hazırda yayılan pandemiya ilə mübarizə uğrunda bütün dünya birliyi səfərbər olub. Ölkəmizdə də xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə 29 mart tarixindən etibarən xüsusi karantin rejimi gücləndirilib, qeyri-iş günlərinin müddəti uzadılıb, əhaliyə xüsusi ehtiyac olmadığı halda evdən çıxmamaq tövsiyə olunur.
Trend-in məlumatına görə, telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkəti korporativ sosial məsuliyyətini dərk edərək istifadəçilərinin təhlükəsizliyini qorumaq məqsədilə bir sıra tədbirlər görür. Belə ki, ENGİNET şirkətinə məxsus BİRlink brendi abunəçilərinin sağlamlığını və onların evdə olduğu müddətdə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş çeşidli televiziya paketinin pulsuz yayımı müddətini artırdı. Heç bir əlavə ödəniş etmədən abunəçilər daha bir ay boyunca pulsuz olaraq 200-dək kanala pulsuz baxa biləcəklər.
Həmçinin, ölkə rəhbərliyi səviyyəsində elan olunmuş xüsusi karantin rejimini nəzərə alaraq ENGİNET şirkəti “BİRLink” istifadəçilərinə müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanlarını təqdim edir. Xüsusi iş rejimi ilə çalışan Çağrı Mərkəzinin əməkdaşları həftədə 7 gün olmaqla gündə 24 saat ərzində abunəçilərə xidmət göstərirlər.
“BİRLink” öz abunəçilərini xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmamağa, xidmətlərlə bağlı bütün əməliyyatları onlayn şəkildə, www.birlink.az saytında şəxsi kabinet vasitəsilə icra etməyi və BİRLink-in rəsmi İnstagram və Facebook səhifələrinə müraciət etməyə dəvət edir. Əlavə olaraq, göstərilən xidmətlərin əlçatanlığını artırmaq məqsədilə abunəçilərə www.birlink.az saytından zəng sifarişi imkanı təqdim olunur.