Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 13:57
Avropa İttifaqı (Aİ) işğal olunmuş Dağlıq Qarabağdakı qondarma "seçkilər"in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunur ki, 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar Aİ seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımadığını bir daha bəyan edir.