Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda istehsal olunan maska və spirtin miqdarı açıqlanıb

İranda istehsal olunan maska və spirtin miqdarı açıqlanıb

Tarix: 31 Mart 2020 15:48

Bakı. Elnur Bağışov - Trend:

İranda koronavirusun yayılması ilə ümumilikdə 15,2 milyon ədəddən çox maska istehsal olunub.

Trend-in məlumatına görə, bu İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatında öz əksini tapıb.

Məlumata əsasən, indiyədək İrana təxminən 16,1 milyon ədəd maska idxal edilib.

Qeyd olunur ki, İranın böyük mədən və mədən sənayesi şirkətləri tərəfindən 1,36 trilyon rial (təxminən 32,3 milyon dollar) vəsait koronavirusla mübarizəyə ayrılıb. Bununla 11,3 milyon ədəd maska satın alınaraq koronavirusla mübarizə komitəsinə təhvil verilib.

Məlumatda bildirilir ki, məhsulların barteri ilə səhiyyə vasitələrinin idxal olunması üçün indiyədək 6,6 milyon avro vəsait təmin olunub və 30 milyon avroyadək vəsait təmin oluna bilər.

Məlumata əsasən, indiyədək 6 milyon litr spirt istehsal olunub. Ümumilikdə 13 milyon litrdən çox spirt paylanıb. Paylanan spirtin bir hissəsi depolardan götürülüb.

Bu həftə (28 martdan başlayaraq) 280 ton spirt idxal olunub və 1 min ton spirtin idxalı sifariş edilib.

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.


Etiketlər:  İranda istehsal olunan maska spirtin miqdarı açıqlanıb


RƏYLƏR