Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı metrosuna girişə polis nəzarət edir - FOTOlar

Bakı metrosuna girişə polis nəzarət edir - FOTOlar

Tarix: 31 Mart 2020 16:00

Məlum olduğu kimi, ötən gündən Bakı metropolitenində stansiyaların giriş sahələrində sərnişinlərin hərəkəti bir qədər də məhdudlaşdırılıb.

Bu gün səhər saatlarında "qafqazinfo"nun əməkdaşı "28 May" metrosunun qarşısında olub. Məlum olub ki, artıq metroların qarşısındakı hərəkətə polis əməkdaşları nəzarət edir. 

Onlar lentlənmiş metro girişlərində dayanaraq maska taxmayan vətəndaşlara irad tutublar. Eyni zamanda, sərnişinlərə bir-biri ilə ara məsafəsini qorumaq da tövsiyə edilib. 

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılıb.

Milli.Az


Etiketlər:  Bakı metrosuna girişə polis nəzarət edir FOTOlar


RƏYLƏR