Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cenevrədə BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

Cenevrədə BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

Tarix: 31 Mart 2020 23:00

Bakı. Trend:

Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə ümumdünya təşkilatının Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi xəbər verib.

A.Veluççinin sözlərinə görə, söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinin, həmçinin Millətlər Sarayında yerləşən Cenevrə Baş Qərargahının əməkdaşlarından gedir.

Nümayəndə BMT-nin "İsveçrə hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə koronavirusun qarşısının alınması və hazırlıq tədbirlərinə dair sıx əməkdaşlıq etdiyini" bildirib.


Etiketlər:  Cenevrədə doqquz əməkdaşı koronavirusa yoluxub


RƏYLƏR