Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistinin qardaşı Rusiyada qəzada öldü, nəşini gətirə bilmirlər

Xalq artistinin qardaşı Rusiyada qəzada öldü, nəşini gətirə bilmirlər

Tarix: 1 Aprel 2020 14:30

Xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşı barədə açıqlama verib.

Milli.Az bildirir ki, qafqazinfo-ya danışan muğam ustadı Fərail Əkbərovun nəşinin Rusiyada olduğunu, güman ki, dəfn mərasiminin orada baş tutacağını bildirib:

"Yayılan məlumatlar doğrudur. Avtomobili özü idarə edib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb. Çox çətin bir dövrdə dünyasını dəyişdi. Ailəsi, övladları, işi Sankt- Peterburqdadır. Nəşinin Azərbaycana gətirilməsi məsələsi ortada qalıb. Görək nə olur?!"

Qaynarinfo.az-ın məlumatına görə, F. Əkbərovun nəşi karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmir.

Milli.Az


Etiketlər:  Xalq artistinin qardaşı Rusiyada qəzada öldü nəşini gətirə bilmirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ