Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 15:00
"Şiddətli şəkildə öskürürdüm. Eyni zamanda halsızdım və üşüyürdüm. Soyuqqanlı olmağa çalışdım, dərhal klubun həkimlərinə zəng etdim”.
Qol.az-ın xəbərinə görə, bu sözləri "Yuventus"un hücumçusu Paulo Dibala bildirib. Argentinalı futbolçu xəstəliyin kifayət qədər ciddi olduğunu deyib:
“Əvvəlcə koronavirusa yoxluxduğumu düşünmədim. Sonra komanda yoldaşımda xəstəliyin olduğu ortaya çıxdı. Bizə vitaminlər verildi və vaxt keçdikcə özümü daha yaxşı hiss etdim. Bu, biraz da psixoloji durumdur. Mən əvvəlcə sıradan yorğunluq olduğunu düşündüm. Sonra isə nəfəs ala bilmədiyimi gördüm. Bu virusdan İtaliyada hər gün çoxlu insan ölür. Hər şey çox pisdir. Həkimlər öhdəsindən gələ bilmirlər. Başqa ölkələrdən köməyə gələnlər olur. Məsələ kifayət qədər ciddidir. Ona görə də özünüzə diqqət etməlisiniz”.
Qeyd edək ki, klub bu yaxınlarda Dibalanın sağaldığını və oyunçunun özünü normal hiss etdiyini açıqlayıb.