Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 16:16
UEFA "Borussiya Dortmund"un futbolçusu Emre Canı cəzalandırıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin PSG ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, "Borussiya Dortmund"akı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.