Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 11:45
Bakı. Samir Əli - Trend:
Bu gün Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 8-nin vəziyyəti ağır, 11-nin isə orta ağırdır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxan digər şəxslərin vəziyyəti normaldır. Bu gün rəqəm dəyişə bilər.