Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerevanda 5 həbsxana mühafizəçisi koronavirusa yoluxub

Yerevanda 5 həbsxana mühafizəçisi koronavirusa yoluxub

Tarix: 2 Aprel 2020 16:00

Bakı. Trend:

Yerevanda “Vardaşen” həbsxanasının 5 mühafizəçisi koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, virusa yoluxmuş mühafizəçilər xəstəxanaya yerləşdirilib.

Mühafizə xidmətinin digər 28 əməkdaşı təcrid edilib, onların tezliklə testdən keçiriləcəyi deyilir.

Həbsxana rəhbərliyi yoluxan mühafizəçilərin məhbuslarla təmasda olmadıqlarını bildirib.

Qeyd edək ki, bu günə qədər Ermənistanda 663 nəfər koronavirusa yoluxub, 4 nəfər həyatın itirib.

Ölkədə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib.


Etiketlər:  Yerevanda həbsxana mühafizəçisi koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ