Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq

Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq

Tarix: 3 Aprel 2020 15:24

Bakı. Elçin Mehdiyev - Trend:

Sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi bir daha onu təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir və bir daha öz sosial siyasətini göstərir. İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurmaqdadır:

“Dünyanın aparıcı maliyyə qurumlarının hesablamalarına görə, hazırkı böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Təbii ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da problemlər yaradır. Ancaq buna baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində ölkəmiz bu çətin sınaqdan da çıxacaq”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq pandemiyanın iqtisadiyyata və sosial sahələrə təsirlərinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür:

“Dövlət başçısının imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar yaradılan işçi qrupları tərəfindən 9 proqram hazırlanıb. Həmin proqramlardan ikisi dövlət və biznes sektoruna dəyən zərərlərin qarşısının alınması ilə bağlıdır. Proqramlara uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi nəzərdə tutulur. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramının başlıca şərti isə iş yerlərinin azaldılmamasına yönəldilib. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramının əsas prioriteti həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə dəstəyi nəzərdə tutur. Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri əhatə edən, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məqsədli dəstək proqramları da mühüm əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı bildirib ki, əhalinin maddi vəziyyətinin dəstəklənməsini nəzərdə tutan proqramı yeni sosial paket adlandırmaq olar:

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Həmçinin, mövsümi istehlakı nəzərə alınmaqla əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə dəstək tədbirləri ilə bağlı proqram da də mühüm sosial əhəmiyyət kəsb edir”.


Etiketlər:  Aydın Hüseynov İqtisadi dəstək sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ