Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 17:54
Bakı. Samir Əli - Trend:
Bu gün bəşəriyyət koronavirus adlı bəla ilə üz-üzədir.
Bunu Trend-ə açıqlamasında Paralimpiya üzrə olimpiya çempionu İlham Zəkiyev deyib.
O bildirib ki, bu virusdan qorunmaq üçün bütün vətəndaşlar səfərbər olmalıdır:
"Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Pandemiya xəstəliyin çox ciddi olmasından xəbər verir. Bu virusa qalib gəlmək üçün biz həmrəy olmalıyıq. Çalışmalıyıq ki, səhlənkar olmayaq, lüzumsuz yerə evdən çölə çıxmayaq. Ailənizi və özünüzü fikirləşin. Xüsusi karantin qaydalarına riayət edin. Allah xalqımızı, millətimizi qorusun, tezliklə bizi bu bəladan xilas etsin".