Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 20:32
"Borussiya"nın ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu koronavirusla mübarizə məqsədilə istifadə olunacaq.
Qol.az xəbər verir ki, bu barədə Dortmund klubunun saytı məlumat yayıb. 81 min nəfərlik azarkeş tutumuna malik arenanın sabahdan koronavirus şübhəsi ilə xəstələrin müalicə mərkəzi kimi fəaliyyət göstərəcəyi bildirilib.
Bildirilib ki, tibbi mərkəzi stadionun şimal tribunası olacaq. Bunun üçün həmin tribunanın təmir edildiyi də vurğulanıb.