Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Tarix: 3 Aprel 2020 22:48

Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı məlum olub.

Sonxeber.net "Koronainfo.az" saytında aprelin 3-ə olan statistik məlumatlara əsasən xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər) şəhərindədir.

Sonrakı yerləri Cəlilabad (15) və Salyan (12) tutur.

Koronavirusa yoluxan şəxslərin olduğu digər şəhər və rayonlar isə bunlardır:

Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1).

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.


Etiketlər:  Respublikanın şəhər rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ