Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 07:44
"Microsoft" şirkəti "Office 365" məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən etibarən "Microsoft 365" adlanacaq məhsul, həmçinin bir sıra yeniliklər əldə edəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Microsoft 365" məhsuluna daxil olan yeni həllər arasında aşağıdakılar yer alır: ekran vaxtının idarə edilməsi və yaxınların yerinin izlənilməsi üçün universal "Microsoft Family Safety" proqramı; işdən kənar istifadə üçün "Microsoft Teams" funksiyaları; mətnin keyfiyyətini yaxşılaşdırmaq üçün "Microsoft Editor" intellektual xidməti.
"Skype" messencerində artıq əlçatan olan pulsuz "Yığıncaq" (Meet Now) funksiyası üç klikə videokonfrans yaratmağa imkan verir. Qoşulanların "Skype" hesabına və ya fərdi kompüterdə proqrama malik olması vacib deyil.
"Microsoft 365 - bu, süni intellektin yeni imkanlarından, müxtəlif məzmun və şablonlardan, həmçinin mətn, təqdimat və dizaynla işləmə bacarıqlarının təkmilləşdirilməsi üçün bulud hesablamalarının gücündən istifadə edən məhsuldur" - "Microsoft"dan bildiriblər.