Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərvin Abıyeva qiymətləri açıqladı - Ən aşağısı 500 manat... - FOTO

Pərvin Abıyeva qiymətləri açıqladı - Ən aşağısı 500 manat... - FOTO

Tarix: 4 Aprel 2020 11:05

"Çəkildiyin kliplərdən qonorar almısan buna görə?"

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) Youtube layihəsində qonağı olan aktrisa Pərvin Abıyevaya müraciət edib. Aktrisa "Mən heç vaxt pulsuz işləmirəm" cavabını verib.

Tolikin "Olurmu ki, sənə zəng vurular ki, dostumun obyektini instaqramında paylaş" sualına cavab verən Pərvin, sosial şəbəkə hesabında reklama görə qiymətlərini açıqlamalı olub:

"Yox, bunu mən ancaq edərəm dostum, qardaşım, rəfiqəm, çox can-ciyər dediyim insanlara. Onu da onlar özləri məndən xahiş eləmirlər. Mən əhatəmdə ən yaxın insanlarım ki, var, onlara həmişə deyirəm ki, "Məndən istifadə edin. İşin yoxdursa nəsə bir iş qur. Məsələn, get suvenir al gətir evdə sat. Mən onu paylaşacam, səni səhifəyə "tag" edəcəm. İstiyərəm sən məndən qazanasan. Mən sənə bunu edəcək "kapastedəyəm". Məsələn, neçə rəfiqəm var, getdi moda evi açdı. Dedim rahat-rahat açın. Əlimdən gəldiyi qədər köməklik edəcəm. Çoxuna da eləmişəm pulsuz-parasız. Amma birdə görürsən ki, mənə zəng edirlər ki, "Pərvin, filan dostum obyekt açıb. Açılışa gələ bilərsən, onu reklam edə bilərsən səhifəndə?" Deyirəm "Yox əzizim. Mənim "istoriya"mda başqa qiymətdir, "lenta"mda filan qiymətdir. Mən açılışlara 5 min manata gedirəm. Nəzərə alsaq ki, 1 milyonluq orijinal səhifədir "lenta"da paylaşıram 2 minə, "istoriya"da paylaşıram 500 manata". İndi camaat deyəcək ki, "Bunun dediyi qiymətə bax. Camaat bu pulu neçə aya qazanır". Mən niyə havayı reklam edim?"

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Pərvin Abıyeva qiymətləri açıqladı aşağısı manat FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ