Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İnstagram”da, “Facebook”da onlayn fala baxanlar, bəxt açanlar…

“İnstagram”da, “Facebook”da onlayn fala baxanlar, bəxt açanlar…

Tarix: 4 Aprel 2020 15:00

Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlardan agah olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir. Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edirlər. Texnologiyanın son imkanlarından yararlanan ekstrasenslər "Skype", "Facebook", "İnstagram" və digər sosial şəbəkələrdə fala baxır. Xidmətlərinin qarşılığını isə müştərilətə qabaqcadan verilən bank hesablarına edilən ödəmələrlə alırlar.

Sonxeber.net bildirir ki, Modern.az-ın redaksiyasına onlayn falçılıqdan zərər çəkmiş vətəndaşın müraciət edib.  Vətəndaşlardan birinin "WhatsApp" nömrəmizə daxil olan şikayəti ilə məsələni araşdırmağa başladıq. 

"Özünü Gəncədə yaşayan şəxs kimi qələmə verən falçı, "İnstagram"da onlayn şəkildə baxdığını yanına getmək mümkün olmadığını, ödənişi də onlayn edəcəyimi söylədi. Faka baxmaq üçün bank hesabına 20 manat məbləğində pul köçürülməsini və qəbzin şəklini ona atılmasını istədi.

Şikayətçi onlyan falçının bankda hesab nömrəsinin olduğunu və pulu öncədən aldığını əlavə edir.

Özünü sığortalamaq üçün hesaba pul yatmadan heç kimin falına baxmır. Ödəniş qəbzinin şəkilini ona göndərdikdən sonra proqnozlarını yazmağa başladı.  Ondan sonra mənə pislik arzulayan insanların olduğunu, həyat yolunda bir çox maneələrlə rastlaşacağımı söylədi. Bir qədər söhbət etdikdən sonra isə həmin mənə cadu olduğunun, bu cadunu açdıracağını vəd etdi. Endirim səbəbiylə isə bu işi 50 manata edəcəyini söylədi. Amma pulu bank hesabına köçdürdükdən sonra o aradan çıxdı. Məni "İnstagram"da bloka atdı və bütün zənglərimə cavab vermədi. Onun dediklərinin heç biri düz çıxmayıb"- deyə vətəndaş şikayətçi olduğunu əlavə edib. 

Sosial şəbəkədə fala baxanlarla bağlı ekstrasens Etibar Nəsibov da məsələyə münasibət bildirib. Ektstrasensin fiktrincə, onlyan yaxud canlı qəbul arasında prinsipial fərq yoxdur.

"Hər ekstrasens özünə uyğun şəkildə fala baxır. Əsas düzgün baxmaqdır - onlayn şəkildə yaxud canlı qəbul arasında fərq yoxdur".


Etiketlər:  İnstagramda Facebookda onlayn fala baxanlar bəxt açanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ