Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib

AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib

Tarix: 4 Aprel 2020 19:36

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.

AQTA-dan Trend-ə bildirilib ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir.

Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".


Etiketlər:  AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib


RƏYLƏR