Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 08:12
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkənin enerji sektorunu qorumaq üçün neft idxalı ilə əlaqədar rüsumlar tətbiq edə biləcəyini deyib.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə brifinq zamanı bildirib.
D.Tramp deyib: "Mən həqiqətən [Amerika] enerji sahəmizə inanıram, buna diqqət yetirməliyik. Neft idxalı ilə bağlı rüsumlar tətbiq etməli olsam, bunu minlərlə, on minlərlə işçi və şirkətlərimizi qorumaq üçün edəcəm".