Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Tarix: 5 Aprel 2020 18:45

Bakı. Trend:

Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Füzuli Dövlət Dram Teatrı tamaşalarını onlayn nümayiş etdirir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, virtual repertuar əvvəlcədən tərtib olunub. Həmin repertuara əsasən tamaşaçılar teatrın rəsmi “Facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərini izləyə bilərlər.

Qeyd edək ki, repertuara E.Əfəndiyevin “Qatil”, A.Həsənoğlunun “Yaddaş”, H.Mirələmovun “Xəcalət”, Ə.Orucoğlunun “Nənənin kələyi”, Ş. Qurbanovun ”Olmadı elə, oldu belə”, M.F.Axundzadənin “Müsyo Jordan və “Dərviş Məstəli Şah tamaşaları daxildir.


Etiketlər:  Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ