Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 19:08
İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt koronavirus pandemiyasına görə məvacibinin azaldılmasına razı olub.
Qol.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb. Sautqeyt İngiltərə Futbol Federasiyasının ona təklif etdiyi 30 faizlik endirimi qəbul edib. Bu haqda federasiyanın yaxın zamanda rəsmi açıqlama verəcəyi də bildirilib.
Qeyd edək ki, 2016-cı ildən İngiltərə millisini çalışdıran Sautqeytin müqaviləsi 2022-ci ilin yayına qədərdir.