Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 19:20
Mobil cihazların Azərbaycan üzrə bazar payı artıb. Mart ayının göstəricilərinə görə, mobil telefonların qlobal miqyasda Azərbaycan üzrə bazar payı 57.29% olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Bu rəqəm fevral ayı ilə müqayisədə 1.41% çoxdur.
Məlumata əsasən, kompüterlərin Azərbaycan üzrə bazar payında azalma qeydə alınıb. Fevral ayında bu cihazların ölkə üzrə bazar payı 42.99%, mart ayında isə 41.41% olub.
Planşetlərin göstəricilərində cüzi artım var. Fevral ayında 1.13% olan göstərici mart ayında 1.3%-ə qalxıb.