Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 05:16
Bakı. Trend:
Yaponiyanın Baş naziri Sindzo Abe koronavirusun yayılması ilə əlaqədar ölkənin bir neçə şəhərində fövqəladə vəziyyət rejimi elan etməyi qərara alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kyodo agentliyi xəbər yayıb.
Bildirilir ki, fövqəladə vəziyyət rejimi son günlərdə yoluxanların sayında kəskin artım müşahidə olunan Tokio və Osakada tətbiq ediləcək. Fövqəladə vəziyyət rejiminin tətbiqi yaxın günlərdə rəsmi elan ediləcək.