Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atəşkəs iriçaplı pulemyotlarla 24 dəfə pozulub

Atəşkəs iriçaplı pulemyotlarla 24 dəfə pozulub

Tarix: 6 Aprel 2020 09:16

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Atəşkəs iriçaplı pulemyotlarla 24 dəfə pozulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ