Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 11:28
Bakı. Trend:
Yaponiyanın bəzi şəhərlərində 6 ay müddətinədək fövqəladə vəziyyət elan edilə bilər.
Trend-in məlumatına görə, koronavirus epidemiyası ilə əlaqədar baş naziri Sindzo Abe aprelin 8-də paytaxt Tokio və Osaka şəhərlərində fövqəladə vəziyyət elan etməyi planlaşdırır.
Bundan başqa, Tiba, Saytama və Kanaqava prefekturalarında fövqəladə vəziyyət elan oluna bilər.
Qeyd edək ki, bu günədək 3 654 nəfər koronavirusa yoluxub, 85 nəfər həyatını itirib.