Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

Tarix: 7 Aprel 2020 07:32

"Cognitive Pilot" sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 100 metr təşkil edən radar nəqliyyat vasitəsinin perimetri üzrə məkana nəzarət üçün nəzərdə tutulub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Cognitive Mini Radar" adlandırılmış qurğunun çəkisi 40 qr, işçi tezliyi isə 77-81 QHs və ya 60-64 QHs-dir.

Radar sürətin dəqiq göstəricisini, hərəkət istiqamətini və istənilən hava şəraitində müşahidə olunan zonadakı obyektlərin koordinatını sürücüsüz idarə olunan avtomobilin əsas kompüterinə ötürə bilir. Qurğunun sınaqları onu göstərib ki, o, günün istənilən vaxtı işləyir.

"Cognitive Mini Radar" sürücüsüz avtomobilin perimetri üzrə məkana nəzarətdən başqa, görünməyən zonaları izləyə və toqquşmalar haqqında xəbərdarlıq edə bilər.


Etiketlər:  Cognitive Pilot sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ